Microsoft Lumia 950 - Təhlükəsizliyiniz üçün

background image

Təhlükəsizliyiniz üçün

Bu sadə göstərișləri oxuyun. Bu göstərișlərə əməl olunmaması təhlükəli və ya yerli qanun və

nizamnamələrə qarșı ola bilər.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində

maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi

cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün.

Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boș

saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını

düșünməlisiniz.

MÜDAXİLƏ
Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iș keyfiyyətlərinə təsir

göstərə bilər.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan ișçilər bu məhsulu qurașdıra və ya təmir edə bilər.
BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR
Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiș batareyalar, adapterlər

və digər aksessuarlardan istifadə edin. Müvafiq USB tələblərinə uyğun olan və

cihazınızın USB birləşdiricisinə qoşula bilən üçüncü tərəf adapterləri uyğun ola bilər. Uyğun

olmayan məhsulları qoșmayın.

CİHAZINIZI QURU SAXLAYIN
Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
ȘÜȘƏ HİSSƏLƏR
Cihazın ekranı șüșədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düșərsə və ya güclü

təsirə məruz qalarsa bu șüșə sına bilər. Əgər șüșə sınarsa, șüșə hissələrinə toxunmayın

və ya sınmıș șüșəni cihazdan təmizləməyə cəhd etməyin. Șüșə ixtisaslı xidmət heyəti tərəfindən

dəyișdirilənə qədər cihazdan istifadə etməyin.

EȘİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN
Eșitmə qabiliyyətinizin zədələnməsinin qarșısını almaq üçün uzun müddət yüksək səs

səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın

tutarkən ehtiyatlı olun.

© 2016 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

5